Prezident yol tikintisinə pul ayırdı

Prezident yol tikintisinə pul ayırdı
  05 Dekabr 2014    Oxunub:1766
Azərbaycan prezidenti İlham Əliyev Qazax rayonunun Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, iyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,7 milyon (bir milyon yeddi yüz min) manatı Qazax Rayon İcra Hakimiyyətinə ayrılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti