Helikopteri çəkən hərbçi cəzalandırılıb

Helikopteri çəkən hərbçi cəzalandırılıb
  06 Dekabr 2014    Oxunub:2396
Noyabrın 2-də Ağdamda Azərbaycan Silahlı Qüvvələri tərəfində Ermənistana məxsus vurulan helikopteri çəkən hərbçi cəzalandırılıb.
AzVision.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün dövlət nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçilərinin bir araya gələrək informasiya təhlükəsizliyi məsələsinin müzakirəsi zamanı millət vəkili Aqil Abbasın iradına cavab olaraq deyib.

Belə ki, müzakirələr zaman deputat Aqil Abbas qeyd edib k, helikopterin vurulması ilə bağlı informasiyanı yerləşdirən hərbçiyə cəza verilib.

Vaqif Dərgahlı isə bildirib ki, həmin şəxslərin kimiliyi dərhal araşdırılıb və tapılıb: "Onunla da bağlı ciddi tədbirlər görüldü. Sadəcə olaraq elə məlumatlar olur ki, biz onu açıqlaya bilmirik. Bu cür məqamlar olub. Ona görə də bu məqamların diqqətlə qəbul olunmasını biz tərəfdən arzu edirik"


Teqlər:





Xəbər lenti