“...Xədicəni də mən tutdurmuşam` - Rauf Arifoğlu

“...Xədicəni də mən tutdurmuşam` - Rauf Arifoğlu
  06 Dekabr 2014    Oxunub:3974
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbs edilməsi ilə bağlı haqqında səslənən ittihamlara münasibət bildirib.
Rəqiblərinin “Xədicə İsmayılı Rauf Arifoğlu tutdurub” deyə səsləndirdiyi fikirlərə baş redaktorun cavabı belə olub:

“Dostlar, bizi bilən bilir. Düşmənimiz də haqsız yerə həbs olunsa, prinsiplərin yanında, haqsızlığa uğrayanın arxasındayıq. Amma biriləri yazanda ki, Xədicəni də mən tutdurmuşam, vallah, hətta mənim kimi çörəyi sözdən çıxanların da deməyə sözü qalmır. Şikayətçi ortada - Meydan TV-nin yaxın zamanlara qədər əməkdaşı olub və Azadlıq Radiosunda da Xədicə İsmayılla bir yerdə işləyiblər, dostluq münasibətləri olub. Adı da Tural Mustafayevdir... Mənə heç uşaq vaxtı da Tural deməyiblər... Meydan TV və Azadlıq Radioları layihələrinə görə də məsuliyyət daşımıram”.

Qeyd edək ki, Batumi hadisələrindən sonra Xədicə İsmayılla “Yeni Müsavat”çılar arasında qarşıdurma yaranmışdı. Sosial şəbəkələrdə Rauf Arifoğluna cəbhə açan X.İsmayılı “Yeni Müsavat” qəzetinin əleyhinə kəskin çıxışlar edirdi.

AzVision.az


Teqlər:  



Xəbər lenti