Nazir Heydər Əliyevin məzarını ziyarət etdi

Nazir Heydər Əliyevin məzarını ziyarət etdi
  06 Dekabr 2014    Oxunub:1491
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin kollektivi peşə bayramı günü münasibətilə dekabrın 6-da Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.




Teqlər:





Xəbər lenti