Bakıda tıxac probleminə yeni çarə

Bakıda tıxac probleminə yeni çarə
  07 Dekabr 2014    Oxunub:2254
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal” dairəsi adlanan ərazisinin “Bakı dairəvi-1” magistralına birləşdirilməsi üçün yeni yol salınır. Layihə həyata keçirildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan “Bakı dairəvi-1” avtomobil magistralına maneəsiz çıxa biləcəklər.

AMEA-nın İqtisadiyyat İnstitutunun xidmət sahələrinin inkişaf problemləri şöbəsinin müdiri, mühəndis-iqtisadçı Aqil Əsədov paytaxtın şimal qapısında müasir yol şəbəkəsinin yaradılması istiqamətində görülən işləri təqdir edir. Bununla yanaşı, A.Əsədov həmin ərazidə avtomobil sıxlığının azaldılması üçün əlavə tədbirlərə də ehtiyac olduğunu bildirir.

Bu barədə fikirlərini AzərTAc-ın müxbiri ilə bölüşən mühəndis-iqtisadçı deyib ki, avtovağzal ərazisində “Bakı dairəvi-1” yoluna birbaşa çıxışın təmin olunması problemin həllinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Lakin müşahidələr göstərir ki, şəhərə daxil olan nəqliyyat vasitələri əsasən “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət edir və bu yolda tez-tez sıxlıq yaranır. Odur ki, Beynəlxalq Avtovağzala yaxın ərazidən, eyni zamanda, Biləcəri-Ziya Bünyadov prospekti istiqamə­tin­də də birbaşa çıxışın olması vacibdir. Bu, şəhərə girişi xeyli asanlaşdıra bilər.


Teqlər:  





Xəbər lenti