`Xədicəni ermənilər üçün dəyərli edən nədir?` – Millət vəkilindən sual

`Xədicəni ermənilər üçün dəyərli edən nədir?` – Millət vəkilindən sual
  08 Dekabr 2014    Oxunub:2027
“Azərbaycanda informasiyalı adamların hara bağlı olduğunu yaxşı bildikləri bir amerikalı xanım var - Katy Pearce. Ölkəmiz haqqında mənfi xəbərlər hazırlayan və onun yayılmasını təşkil edənlərən biri olan bu xanım indi də bizimkilərdən kiməsə dayanaraq yazır ki, Xədicə İsmayılın həbsi Azərbaycanın Amerikaya yanaşmada tutduğu ikiüzlü siyasətdən xəbər verir. Onun bu cızmaqarasını Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayanla yanaşı, Ani Vandaryan, Sedrak Mkrtçyan, Ruzanna, Sasun Hovhannisyan kimi guya müstəqil və müxalifətçi bloqqerlər də yayıblar”.

Bu sözlər millət vəkili, telejurnalist Sahib Alıyevin facebook-da yazdığı statusdandır. Millət vəkili bu işin koordinasiyalı şəkildə edildiyini bildirir:

- Erməni həmrəyliyini görürsünüzmü? Ancaq məsələnin daha maraqlı tərəfi də var və o da Xədicənin tutulmasının Azərbaycanın Amerikyaya qarşı ikiüzlü siyasət yeritməsi kimi qiymətləndirilməsidir. Qəribədir, deyilmi, biz Amerikanın Dağlıq Qarabağ probleminə yanaşmada və bir çox digər məsələlərdə ikiüzlü siyasət yeritdiyini deyirik. Orada Katy Pearce kimiləri Xədicənin həbsini Amerikaya qarşı iki üzlü siyasət sayırlar. Dağlıq Qarabağ bizim torpağımızdır və rəsmi Vaşinqton da bunu dəfələrlə təsdiqləyib. Amma Minsk qrupuna həmsədrik edən dövlət olaraq həmin Amerika üzərinə düşən öhdəliyə əməl etmir və hələ bu azmış kimi Güney Osetiya, Abxaziya, Dnestryanı, Krım, Donbasdakı separatçılara yanaşmada bir, erməni separatçılarına yanaşmada başqa mövqe sərgiləyir.

Liderlərini Konqresdə ağırlamaqla, indiyədək yüz milyonlarla dollar yardım etməklə onlara açıq dəstək verir. İkiüzlü siyasət deyəndə biz bunu nəzərdə tuturuq. Bəs Xədicənin tutulmasını Amerikaya qarşı iki üzlülük kimi qiymətləndirənlərin arqumenti nədir?

Dağlıq Qarabağ bizim üçün nə anlam daşıyırsa, bəlkə Xədicə də amerikalılar üçün o anlamı daşıyır. Qarabağı bizə dəyərli edən o torpaqların Azərbaycanın olmasıdır. Bəs bu ölkənin vətəndaşı olan Xədicəni amerikalıların, eləcə də onun tutulmasından narahatçılıq keçirən ermənilərin gözündə dəyərli edən nədir? Xədicənin onlara nə bağlılığı var, əgər bir bağlılığı varsa, bunun nə olduğunu niyə gizlədirlər?


Teqlər:



Xəbər lenti