Müdafiə Nazirliyindən erməni təxribatına CAVAB

Müdafiə Nazirliyindən erməni təxribatına CAVAB
  08 Dekabr 2014    Oxunub:2041
Müdafiə Nazirliyi Ermənistanın elektron kütləvi informasiya vasitələrinin güya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin güya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu Ermənistan Silahlı Qüvvələri bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.

Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir.

AzVision .az


Teqlər:  



Xəbər lenti