Ən mükəmməl memar

Ən mükəmməl memar
  15 İyul 2015    Oxunub:2842
Ləman Süleymanova
Həkim-dietoloq

14 iyul - Azərbaycanın ən yeni tarixində dönüş mərhələsinin başlanğıcıdır. Milli lider Heydər Əliyev siyasi hakimiyyətə gəlişi ilə SSRİ-nin tərkibindəki Respublikamızın tarixinə yeni səhifələr yazmağa başladı. Məhz onun siyasi bacarığı sayəsində qısa bir zamanda Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

Hələ 46 il bundan öncə xalqın ən çətin günlərində rəhbər seçilən Ulu Öndər Heydər Əliyev ölkədə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf və ən əsası, milli mənafe uğrunda mubarizəyə başladı. 1969-cu ilin yayında Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev birinci növbədə iqtisadiyyatın əsaslı şəkildə yenidən qurulmasını hədəf seçdi və qısa zaman kəsiyində istəyinə nail ola bildi.

Rəqəmlərə müraciət edək: 1969-1982-ci illərdə neft hasilatı 3, qaz hasilatı 2 dəfə artdı. Ümumi daxili məhsul istehsalında 30 faiz payı olan sənaye istehsalı 70 faizə yüksəldi.

Milli lider Heydər Əliyevin idarəçilik qabiliyyəti sayəsində 1969-1982-ci illərdə Azərbaycan əsrə bərabər inkişaf yolu keçdi. İttifaqın geridə qalan respublikaları sırasında olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxdı. Qisa zaman kəsiyində sənaye ölkəsinə çevrildi. Və bununla da Azərbaycan dotasiyasız yaşamağı bacaran respublikalar sırasına daxil oldu.

Bu gün müstəqil Azərbaycan dünyanın ən sürətli inkişaf edən ölkələri sırasındadır. İqtisadiyyatın «onurğa sütunu» hesab edilən «Elektrik Cihazları» , «Bakı Şampan Şərabları” , “Neft Emalı”, “Gəncə avtomobil”, “Sumqayıt Kompressorlar zavodları”, “Sumqayıt İplik-Əyirici Fabriki” və digər 400 belə müəssisə məhz milli liderin şəxsi təşəbbüsünün nəticəsidir.

Az bir müddətdə Azərbaycanın bu istehsal sahələri dünyanın 65 ölkəsinə 350 adda məhsul çıxarmağa başladı. İqtisadi potensial artdıqca, milli lider Heydər Əliyev ölkənin infrastruktur və sosial layihələrinin icrasına başladı. 13 ildə Azərbaycanda inkişaf etməyən sahə qalmadı. Ölkədə 20 min km-dən çox yol çəkildi. Şəhər telefon stansiyalarının gücü 2,4 dəfə artdı. Ölkə vətəndaşlarının mənzil-məişət problemləri həllini tapdı. Bakının Əhmədli, Yeni Əhmədli, Günəşli, Yeni günəşli kimi qəsəbələri salındı. Azərbaycan başdan-başa tikinti-quruculuq meydanını xatırladırdı.

70-80 ci illərdə Azərbaycanda şəhərsalma və memarlığın inkişafında yeni dövr başladı. Heydər Əliyev həm bölgələrdə, həm də paytaxtda geniş miqyaslı inşaat layihələri həyata keçirdi. Bakı sakinlərinin mənzil problemini ardan qaldırmaq məqsədilə mikrorayonlar inşa edildi. Bununla yanaşı bir sıra dövlət əhəmiyyətli binalar, zavod və fabriklər istifadəyə verildi.

O dövrdə paytaxt Bakının və rayonların inkişaf planı hazırlandı. Azərbaycanın memarlıq salnaməsində xüsusi imzaları olan, memarlarımızı yetişdirən Memarlıq və İnşaat Universitetinin Heydər Əliyevin birinci katibliyi illərində inşa olunması da təsadüfi deyil. Milli Lider Heydər Əliyev şəhərsalma ilə bağlı bütün layihələri gözdən keçirir və məsləhətlərini verirdi. Bütün tikinti işlərinə və planların həyata keçirilməsinə ciddi nəzarət edirdi. Bunun nəticəsi idi ki, qısa zaman kəsiyində Bakı, sovetlər dövrünün ən gözəl şəhərldərindən birinə çevrildi. Hazırda möhtəşəmliyi ilə göz oxşayan ictimai binalardan Heydər Əliyev Sarayı, Heydər Əliyev Adına Əl Oyunları Sarayı, Dövlət Sirki, Prezident Aparatının binası, Respublika Statistika Idarəsinin və bir neçə rayonun icra hakimiyyətinin binası, Dəmir Yol Vağzalı, eləcə də başqa inzibati binalar məhz ulu öndərin adı ilə bağlıdır.

Ulu öndərin mədəniyyətimizin təbliğinə xüsusi önəm verməsinin kökündə isə xalqına olan sevgisi dayanırdı. Milli lider mədəniyyəti xalqın güzgüsü hesab edir və deyirdi: «Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir». O, hakimiyyəti illərində istər rəssamlıq, istər memarlıq, istərsə də musiqi sahəsində bacarığı ilə fərqlən şəxslərin daha da inkişaf etməsinə şərait yaradırdı. Onun mədəniyyət və incəsənətin inkişafı ilə bağlı gördüyü işlər bununla bitmir. Hələ ilk hakimiyyəti dövründə - 1969-82-ci illərdə ulu öndərin təşəbbüsü ilə ölkədə 3767 klub, 906 kino qurğusu, 25 teatr, 4 flarmoniya fəaliyyətə başlayıb. Bütün bunlarla yanaşı ulu öndər sənət adamlarına mənəvi dayaq olur, onları azərbaycan mədəni irsinin formalaşmasına əmək sərf etməyə dəvət edirdi ki, müasir mədəniyyət tarixi formalaşsın.

Onu Azərbaycan idman ictimaiyyəti həmişə xüsusi minnətdarlıq və məhəbbət hissi ilə xatırlayır. Çünki ölkə idmanının keçmişi və müasir dövrdəki inkişaf tempi məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. 1969-cu ildən Azərbaycana rəhbərlik etməyə başlayan mili lider Heydər Əliyev respublikada digər sahələr kimi idmanın da maddi texniki bazasının gücləndirilməsi istiqamətində çox böyük işlər görüb. Bir çox iri idman komplekslərinin, mərkəzlərinin tikilib istifadəyə verilməsini misal çəkmək olar.

Müstəqillik dövründə yenidən siyasi hakimiyyətə qayıdan Milli Lider ölkədə xaosu sakitiliyə çevirəndən sonra idmanın inkişafına diqqəti artırdı. Bunun da məntiqi nəticəsi kimi, 1994-cü il iyulun 26-da Gənclər İdman və Turizm Nazirliyi yaradıldı. «Gəncləri pis vərdişlərdən, zərərli adətlərdən çəkindirmək, idman vasitəsilə onları layiqli Azərbaycan vətəndaşına çevirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara kömək edərək onların gücü ilə Azərbaycan adlı məmləkəti dünyaya tanıtdırmaq», - bu idi milli lider Heydər Əliyevin siyasəti.

Milli liderin ən böyük töhfəsi isə şübhəsiz ki, onun xeyir duası ilə prezident İlham Əliyevin 1997-ci il iyunun 31-də Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsidir. Məhz bundan sonra Azərbaycan idmanı daha sürətlə inkişaf etdi. Bu gün idman tariximiz şərəfli, inkişaf və tərəqqi dövrünü yaşayır. Artıq dünyanın ən mühüm idman yarışları məhz Azərbaycanda keçirilir. Hər il yeni, müasir idman arenaları tikilir. Və bu gün tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin mili maraqlara əsaslanan çoxşaxəli strategiyasının nəticəsidir ki, Azərbaycan idmanı və idmançıları dünya arenasında öz layiqli yerini tutur.

SSRİ dönəmində ulu öndər rejmin sərt dönəmlərində milli ruhun tamamən sıxışdırılmasına yol verməyərək, əksinə, onu yüksəltəməyə nail oldu. Tarixin ən çətin sınaqlarında, taleyüklü məqamlarda Azərbaycanın milli mövcutluğunu yaşatmaq üçün qədərincə cəsarətli addımlar atdı. Milli ideallara bağlı olan Heydər Əliyevin nəzəri siyasi irsinin əsasını həmişə müstəqillik, müasirlik və Azərbaycançılıq ideyası təşkil etdi.

Hələ Azərbaycana rəhbərliyinin ilk dövründə böyük təzyiqlərə məruz qalsa da, Ulu Öndər ömrünün son gününə kimi daim tarixi keçmişimizi, dilimizi, mədəniyyətimizi, milli adət-ənənələrimizi qorumaq uğrunda apardığı mübarizədən geri çəkilmədi. Azərbaycançılıq ideologiyasının şah damarı hesab olnan ana dilimizin qorunmasında və yaşadılmasında var gücü ilə çalışdı.

O, Azərbaycan dilini sevirdi. Bu sevgi doğma Azərbaycana olan istəkdən qaynaqlanırdı. 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi vaxt elə bir idarə, müəssisə yox idi ki orada rus dilində danışmasınlar. Bu tək dəb yox, həm də rejimin qoyduğu qaydalardan idi. Elə bu qaydaya qarşı çıxan da ilk olaraq Heydər Əliyev oldu.

Milli lider hakimiyyətə gəlişindən sonra rəsmi iclaslarda ana dilimizdə danışmağa başladı. Milli liderin bütün sahələrdə həyata keçirdyi siyasi kurs bu gün prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Xaricdə yaşayan soydaşlarımız doğma vətənləri ilə sıx əlaqədə fəliyyət göstərirlər. Prezident İlham Əliyevin iştirakı ilə Dünya Azərbaycanlılarının 2-ci və 3-cü qurultayı bu sahədə yeni uğurlara zəmin yaratdı. Təsədüfü deyil ki, bu gün artıq 70-dən çox ölkədə dörd yüzə qədər icma və diaspora təşqkilatı fəliyyət göstərir. İndi bu təşkilatlar fəliyyət göstərdyi ölkələrin siyasi qrumları ilə ictimai yükləri bölüşdükcə real qüvvəyə çevrilirlər.


Teqlər:





Xəbər lenti