Peterburqdakı azərbaycanlı davası qız davasıymış - VİDEO

Peterburqdakı azərbaycanlı davası qız davasıymış - VİDEO
  20 Fevral 2013    Oxunub:3047
Həmyerlilərimizin Peterburq davasının yeni səbəbləri məlum olub
İlkin məlumata görə bir kənddən olduğu bildirilən, Peterburqda yaşayan həmyerlilərimiz şəxsi biznes maraqları səbəbindən biri –birinə silah çəkib və yüksək sürətlə idarə etdikləri avtomobilləri ilə biri-birilərini təqib ediblər. Lakin silahlı davanın iki ailə arasında “qız qaçırma”ya görə baş verdiyini müəyyən edilib. Rusiya KİV-lərinin məlumatına görə, saytının məlumatına görə dava edənlər Tağıyev və Allahverdiyevlər ailəsinin üzvləri olub.
İnternet saytlarnda yer alan digər məlumatlara görə ailələrdən biri Azərbaycandan Peterburqa bu yaxınlarda köçüb, qarşı tərəf isə artıq uzun müddətdir ki, bu şəhərdə yaşayır.

Xəbər verilir ki, tərəflər, Dmitrova küçəsində yerləşən "Чистые пруды"( Təmiz Bulaqlar”) kafesinin yaxınlığında əlbəyaxa olublar. Daha sonra biri-birilərinə odlu silahla atəş açıblar. Dava zamanı onların bıçaq və beysbol dəyənəklərindən istifadə etdiyi də bildirilir.

Həmyerlilərimiz şəxsi, eləcədə ətrafda olan avtomobillərə ziyan vurub onların sahiblərini döyüblər. Təsadüfən küçədən keçən bir kişi və bir qız yüngül xəsarət alıblar.

İlkin məlumata görə davanın bütün iştirakçıları Şəmkir rayonunun sakinləridirlər.

Rusiyanın İstintaq axtarış komitəsindən verilən məlumata görə həmkəndlilər arasında münaqişə hələ Azərbaycanda ikən başlayıb.

Kütləvi davada 30-a yaxın insan iştirak edib. 15 nəfər hadisə yerində, daha 13 nəfər isə bir müddət sonra saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb. İki nəfər,1981-ci il təvəllüdlü Füzuli Tağıyev və 1978-ci il təvəllüdlü Vüqar Tağıyev insan ölümünə cəhddə günahlandırılır. Həmin şəxslərin avtomobillərinə baxış zamanı iki tapança və bir tüfəng aşkarlanıb. İlkin məlumatlara görə sözügedən şəxslərin həbsinə qərar verilib.

Qeyd edək ki, qarşıdurma zamanı 5 Azərbaycan vətəndaşı , 26yaşlı iki qadın , 27 yaşlı gənc, 52 və 55 yaşlı iki kişi yaralanıb. Onlar müxtəlif alətlərlə kəsilmiş –deşilmiş və odlu silahla yaralanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. İstintaq davam edir.






Teqlər:  





Xəbər lenti