6 milyona girov götürülən prezident – Dosye (FOTOLAR)

6 milyona girov götürülən prezident – Dosye (FOTOLAR)
  23 Noyabr 2015    Oxunub:13000
Argentinada keçirilən prezident seçkilərində “Respublika təklifi” partiyasının nümayəndəsi Maurisio Makri qalib gəlib.

Bülletenlərin 98 faizinin hesablanmasından sonra hakim partiyanın nümayəndəsi Daniel Sioli 48,56, Maurisio Makri isə 51,44 faiz səs toplayıb. Bununlada Argentinanın yeni prezidenti statusuna Maurisio Makri yiyələnib.

Yeni prezident kimdir?

56 yaşlı Makri Argentinanın paytaxtı Buenos-Ayresin Tandil şəhərində emiqrant ailəsində dünyaya gəlib. Onun müflis olmuş atası İtaliyadan Argentinaya gələn zaman ispanca bir kəlmə də söz bilmirmiş. Lakin buna baxmayaraq o, tezliklə ölkədə ən varlı adamlardan birinə çevrilib.



Marki Argentinada Katolik Universitetində təhsil alıb və burada vətəndaş quruculuğu ilə məşğul olması barədə qərar verib.

1985-ci ildən bizneslə məşğul olan Marki və atası Franko Makrinin əsasını qoyduğu böyük mağazalar şəbəkəsinə rəhbərlik edir.

1995-2007-ci illərdə Argentinanın nüfuzlu klublarından olan “Boka Xuniyors”un prezidenti olub. O, bu vəzifəyə gələn zaman klub borc içində batırmış.

21-ci əsrin əvvəlindən “Boka” həm daxili, həm də xarici yarışlarda böyük uğurlar əldə etməklə, dünyanın ən məşhur klublarından birinə çevrilir. Belə ki, klub onun prezidentliyi dövründə 4 dəfə Libertadores, 2 dəfə Cənubi Amerika və 2 dəfə Qitələrarası kubokun qalibi olub.



Makri siyasi fəaliyyət 2003-cü ildə Buenos-Ayres meri uğrunda mübarizəyə qoşulmaqla başlayıb. O, səsvermənin ilk mərhələsini udsa da, ikinci mərhələdə Annibal İberraya məğlub olub.

2005-ci ildə Makri Argentina Parlamentində Buenos- Ayresin nümayəndəsi olub. 2007-ci ilin fevralında yenidən paytaxt merliyi uğrunda mübarizəyə qoşulub və ilkin turda, 45,6%, ikinci turda isə 60,96% səs yığaraq 12,5 milyonluq meqopolisin meri olub. Makrinin qələbəsi o vaxt kı prezident Nestor Kirşnerin məğlubiyyəti kimi qiymətləndirilmişdi.



Makri 2011-ci ildə prezidentliyə namizədliyini irəli sürsə də, digər müxalifət liderləri tərəfindən dəstəklənməmişdi. Buna baxmayaraq o, yenə Buenos-Ayres meriyasına keçirilən seçkilərdə qalib gəlib.

Mer işlədiyi vaxtda onun əmək haqqısı 430 ABŞ dolları olub.



Marki ailələidir. Onun ikinci həyat yoldaşı məşhur geyim dizayneri Xuliane Avadadır. Dörd övladı var. Onların ən böyüyünün 33 ən balacasının, isə 3 yaşı var.

1991-ci ildə Makri cinayətkarlar tərəfindən 12 günlüyünə qaçırılıb və 6 milyon ABŞ dolları qarşılığında azadlığa buraxılıb.

Daha sonra onu qaçıranların polislərdən ibarət cinayətkar dəstə olduğu məlum olub. Məhz bundan sonra Maurisio Makri siyasətə gəlməyə qərar verib.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti