NATO təcili toplanır – Türkiyə ilə Rusiya arasında skandal

NATO təcili toplanır – Türkiyə ilə Rusiya arasında skandal
  24 Noyabr 2015    Oxunub:4012
Türkiyənin Rusiyaya məxsus “Su-25” tipli təyyarəsini vurmasından sonra NATO rəsmiləri təcili iclas keçirmək barədə qərar qəbul ediblər.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, toplantı Bakı vaxtı ilə 20:00-da keçiriləcək.

NATO rəsmisinin sözlərinə görə, yaxın vaxtlar da təşkilat hadisə ilə bağlı açıqlama yayacaq.

Hadisədən dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyi BMT və NATO-da daxil olmaqla bir sıra beynəlxalq qurumları təyyarənin vurulması ilə bağlı məlumatlandırmışdı.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb

Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti