NATO təcili toplanır – Türkiyə ilə Rusiya arasında skandal
NATO rəsmisinin sözlərinə görə, yaxın vaxtlar da təşkilat hadisə ilə bağlı açıqlama yayacaq.
Hadisədən dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyi BMT və NATO-da daxil olmaqla bir sıra beynəlxalq qurumları təyyarənin vurulması ilə bağlı məlumatlandırmışdı.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb
Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.
Eldar Tanrıverdiyev
AzVision.az