Rusiya səfiri XİN-ə çağırıldı

Rusiya səfiri XİN-ə çağırıldı
  24 Noyabr 2015    Oxunub:4449
Rusiyanın Türkiyədəki səfiri “Su-24” tipli təyyarənin vurulması ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə AzVision.az “Bloomberg” qəzetinə istinadən xəbər verir.

Rusiyanın Türkiyədəki səfirliyi isə bu xəbəri nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti