Rusiya təyyarəsi Türkiyə sərhədini belə pozub – XƏRİTƏ

Rusiya təyyarəsi Türkiyə sərhədini belə pozub – XƏRİTƏ
  24 Noyabr 2015    Oxunub:30489
Türkiyə Müdafiə Nazirliyi Suriya ilə sərhəddə vurulan Rusiyanın “Su-24” tipli təyyarəsinin uçuş trayektoriyasını əks etdirən xəritəni yayımlayıb.
Bu barədə AzVision.az “CNN Türk”-ə istinadən xəbər verir.

Xəritədən məlum olur ki, Rusiya təyyarələri Suriya üzərində uçan zaman müəyyən zaman kəsiyində Türkiyə ərazisinə daxil olublar.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti