Vaşinqton Qarabağ danışıqlarında irəliləyiş istəyir

Vaşinqton Qarabağ danışıqlarında irəliləyiş istəyir
  24 Noyabr 2015    Oxunub:1928
`ABŞ da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş görmək istəyir`.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brink deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu öz işində yüksək fəallıq nümayiş etdirir: `Minsk qrupu vasitәçilik fәaliyyәti ilә mәşğuldur. Lakin münaqişәnin hәll olunması ilә bağlı son qәrar dövlət rәhbәrlәrinin üzәrinә düşür. ATӘT-in Minsk qrupunun buna tәkan verməsini dәstәklәyirik`.

ABŞ-ın Minsk qrupunun Azәrbaycan vә Ermәnistan prezidentlərinin ilin sonuna kimi görüşünü keçirmәk sәylәrini dәstәklәyini də diqqətə çatıran Bricet Brink deyib ki, Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә nizamlanması Ermәnistan, Azәrbaycan hökumәtlәrinin, regional dövlәtlәrin ABŞ-ın maraqlarındadır: `ABŞ münaqişәnin Minsk qrupu çәrçivәsindә hәllini dәstәklәyir`.

AzVision.az


Teqlər:  





Xəbər lenti