`Almaniyada 70 İŞİD-çi var’ – Daxili işlər naziri

`Almaniyada 70 İŞİD-çi var’ – Daxili işlər naziri
  24 Noyabr 2015    Oxunub:1760
Fransadakı terror olayına baxmayaraq, almanların 89%-i cəmiyyətdəki davranışlarında dəyişiklik etmək istəmədiklərini bildiriblər.

502 nəfər arasında keçirilən soruğuda 11% gündəlik həyatda terrorla bağlı diqqətli olmağa üstünlük verdiyini söyləyib.

Bu arada almaniyanın daxili işlər naziri Tomas de Mayzire eyni vaxta bütün ölkə boyu terrorla bağlı nəzarəti həyata keçirməsinin mümükn olmadığını bildirib.

Nazir bu vaxta qədər Almaniya vətəndaşı olan 120-dək islamçının Suriya və İraqda həyatını itirdiyini, eləcə də İŞİD və digər terror təşkilatların tərkibində olan 760 nəfər alman vətəndaşından hər 5-cisinin qadın olduğunu açıqlayıb.

`Suriya və İraqa döyüşməyə gedən İŞİD-çilərdən 70 nəfəri hazırda geri qayıdaraq, Almaniyada yaşayır. ərazisindədir. Onların xeyli müddət təlimlər keçəndən sonra Almaniyaya döndükləri bizə məlumdur”, - deyə daxili işlər naziri diqqətə çatdırıb.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti