Ərdoğan təcili nazirləri toplayır – Diplomatik qalmaqal böyüyür

Ərdoğan təcili nazirləri toplayır – Diplomatik qalmaqal böyüyür
  24 Noyabr 2015    Oxunub:5477
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Su-24” tipli təyyarənin vurulması ilə əlaqədar nazirlərlə iclas keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” hökumətdəki mənbəyə istinadən xəbər verir.

İclasda baş nazir Əhməd Davudoğlu, müdafiə naziri və bir sıra nazirlərin iştirakı gözlənilir.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti