Putindən `Fatihə` və `Cin` surəsilə bağlı Qərar

Putindən `Fatihə` və `Cin` surəsilə bağlı Qərar
  25 Noyabr 2015    Oxunub:49509
Rusiya prezidenti Vladimir Putin müqəddəs kitablara toxunulmazlıq hüququ tanıyan qanunu təsdiq edib.
Qanunun qəbul edilməsinə “Fatihə” və “Cin” surələrinin qadağan edilməsi səbəb olub. Belə ki, yeni qanun layihəsi Rusiyanın Cənubi Saxalin şəhərində baş verən bir qalmaqaldan sonra gündəmə gəlib.

Şəhər məhkəməsi “Allaha Dua” adlı bir kitabda “Fatihə” və “Cin” surələrinin həddindən artıq təcavüz və zorakılıq xarakterli olduğunu əsas gətirərək kitabı qadağan etmişdi.

Rusiyada etirazlara səbəb olan məhkəmə qərarı daha sonra ləğv edilib.

Rusiya prezidentinin ötən gün imzaladığı sərəncama görə, İncil, Qurani-Kərim, Tövrat və Zəbur, eləcə də digər dini kitabların məzmunları ifrat sayılmayacaq və hər hansı bir səbəblə cinayət ünsürü hesab olunmayacaq.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti