Türkiyənin vurduğu rus pilot Əsədin əlindədir
Qeyd edək ki, Livanın “Al Mayadeen” telekanalı daha əvvəl yaydığı məlumatda 6 saatlıq axtarışdan sonra pilotla əlaqə yaratmaq mümkün olduğu bildirmişdi. Suriya xüsusi təyinatlıları iki saat ərzində pilotu düşmənlərin olduğu ərazidən çıxara biliblər. Hazırda pilotun Rusiyanın Xmeymim bazasında olduğu bildirilir.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.
Eldar Tanrıverdiyev
AzVision.az