‘Uşaqlar iqlim dəyişikliyinin ilk qurbanlarıdır’ – UNİCEF

‘Uşaqlar iqlim dəyişikliyinin ilk qurbanlarıdır’ – UNİCEF
  25 Noyabr 2015    Oxunub:1875
“Unicef” təşkilatı iqlim dəyişikliyindən ən çox uşaqların ziyan çəkdiyini açıqlayıb. Qurumun açıqlamasına görə, Yer kürəsində baş verən anomal istilər ilk növbədə uşaqlar üçün böyük təhlükədir.

Dünyanın müxtəlif regionlarında 690 milyon uşaq birbaşa güclü iqlim dəyişikliyi ilə qarşılaşır.

Asiyada 530 milyon uşağın müntəzəm olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyi, Afrikada 160 milyon uşağın bu fəlakətdən əziyyət çəkdiyi bildirilir.

Ətraf mühütün çirklənməsi, qlobal istiləşmə, iqlimin ciddi dəyişikliyə məruz qalması ilə bağlı konfransın 30 noyabr tarixində Parisdə təşkil olunacaq “BMT-nin İqlim zirvə görüşü”ndə müzakirə ediləcək.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti