Ruslar türkmənlərın başına `od ələyir`

Ruslar türkmənlərın başına `od ələyir`
  26 Noyabr 2015    Oxunub:4164
Rusiyanın Su-24 təyyarəsinin dünən Türkiyəqırıcısı tərəfindən vurulduğu bölgə bu gün intensiv bombardmana məruz qalıb.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Londonda mənzillənən Suriya İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.

Məlumata görə, Rusiya aviasiyası Cəbəl-Əkrad və Cəbəl-Türkmən rayonlarına azı 12 aviazərbə endirib. Bu bölgələr üsyançı türkmənların nəzarətindədir. Bəşər Əsəd rejiminin tərəfində dayanan Rusiya Suriya hakimiyyətinə müxalif üsyançılara və islamçı “ən-Nüsra Cəbhəsi”nə qarşı döyüşür.

“Reuters” agentliyi isə türkman səhra komandirlərindən birinə istinadən belə xəbər yayıb ki, türkmənlərın kompakt yaşadığı bölgələr Rusiyanın Aralıq dənizindəki hərbi gəmilərindən intensiv raket atəşinə tutulur. Bu zona həm də davamlı artilleriya zərbələrinə məruz qalır.

Qeyd edək ki, Rusiyanın Su-24 bombardmançısı noyabrın 24-də Suriyanın Hmeymim rayonunda (Türkiyə sərhədindən 30 km aralıda) Türkiyənin F-16 qırıcısı tərəfindən vurulub. Bundan sonra Rusiya prezidenti Vladimir Putin türkmanları açıq şəkildə müdafiə edən Türkiyəni “amansız qisasla” hədələyib.


Teqlər:





Xəbər lenti