Erməni deputatları öldürmək istəyən İŞİD-çilər – VİDEO
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, görüntülərdə Milli Təhlükəsizlik Xidməti (MTX) Əməkdaşlarının cinayətkar dəstəni zərərsizləşdirmək üçün xüsusi hərbi texnikadan istifadə etdiyi məlum olub.
Xatırladaq ki, noyabrın 25-i İrəvanın Nork Maraş inzibati bölgəsinin 9-cu küçəsində yerləşən evlərdən birində terror fəaliyyətinə tam hazır olan, partladıcı maddə və xüsusi paltarla təchiz olunmuş vəziyyətdə 3 qız, 7 oğlan olmaqla - on nəfərə qədər silahlı dəstə aşkar olunaraq zərərsizləşdirilib.
Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayılan xəbərə görə, qrup üzvləri diaspor erməniləridir və əksəriyyəti xarici ölkə vətəndaşlarıdır. Onların Suriyadan gəldiyi, İŞİD terror qruplaşmasının üzvləri olduğu bilidirilir. Belə ki, Ermənistan höküməti himayədarının təkidi ilə Suriyada yaşayan diaspor erməniləri vasitəsi ilə fəaliyyətə qoşulması və həmçinin qondarma Dağlıq Qarabağın rəhbəri Bako Saakyanın Qarabağ ərazisindən Suriyanın vurulması üçün istifadə edilməsinin mümkünlüyü barədə bəyanatından sonra Ermənistan İŞİD-in bir nömrəli hədəfinə gəlib.
Yayılan xəbərə görə, Ermənistanda terror qruplarının yaradılması işi Suriya erməniləri Leon Bedros Kehyayan, Mher Qevorq Keşişyan və Armina Diran Akipyan tərəfindən aparılıb. Bundan başqa, bu gün həbs olunan Ermənistan Respublikası vətəndaşı, keçmiş İrəvan sakini Artur Vardanyan müxtəlif vaxtlarda Ermənistana səfər edərək, cinayətkar dəstəyə rəhbərlik edib.
Hazırda Suriyada Ermənistana qarşı terror qrupları hazırlayan dəstədən bir neçəsinin adı da məlum olub. Onlar Aqap Farazi Aroyan, Sorn Karkuri Artinyan, Ara Leiuni Kazancyan, Mari Hranti Bicyan, Laia Andraniki Kilecyan, Ani Mikayeli Demircyan, Tamar Manveli Tufenqcyan, Maquy Sarkisi Boladyan, Qevorq Hakopi Tutuncyandır. Dəstənin digər üzvlərinin adı məlum deyil.
Eldar Tanrıverdiyev
AzVision.az