Ərdoğan Putini görüşə çağırdı, amma...
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ərdoğan bu barədə Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.
“Mən Vladimir Putinlə noyabrın 30-da Parisdə görüşün keçirilməsinə dair sorğu verdim, lakin hələ cavab almamışam”, deyə Ərdoğan bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını bildirib.