Rusiya sözünü tutmadı – Putin Ərdoğanı necə aldatdı?

Rusiya sözünü tutmadı – Putin Ərdoğanı necə aldatdı?
  27 Noyabr 2015    Oxunub:6896
Rusiya təyyarələrinin bir daha Türkiyə hava məkanını pozmayacağına dair verdiyi vədinə əməl etmədi.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, o, Rusiya Hava-Kosmik Qoşunları (HHQ) tərəfindən Türkiyə sərhədinin pozulması faktını G20 sammiti çərçivəsində müzakirə edib.

“Rusiya prezidenti zarafatca dedi ki, Ankara Rusiya təyyarəsinin bu ölkənin hava məkanını pozması dair ilk halı “qonaq gəlmək kimi qiymətləndirsin”. Lakin mən bəyan etdim ki, Türkiyə çağırılmamış qonaq istəmir”, - deyə Ərdoğan vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti