Parisdə Obama və Merkeli ələ saldılar - VİDEO
Yaponiyada keçirilən aksiyanın miqyası isə daha böyük olub. Paytaxt Tokioda toplaşan minlərlə etirazçı dünya liderlərini iqlimə qarşı daha hörmətli olmağa səsləyiblər.
Sammitə qarşı daha bir aksiya Yeni Zelandiyada keçirilib. Ətraf mühit mühafizəçiləri dünya liderlərinə məşhur “Haka” rəqsi ilə səsləniblər.
Avstraliyanın Kvinslend əyalətinin Brisbene şəhərində də aksiya keçirilib. Şəhər mərkəzində toplaşan minlərlə etirazçı dünya liderlərindən iqlim dəyişikliyinə qarşı qlobal addımlar atmağı tələb ediblər.
Noyabrın 13-də Fransanın paytaxtı Parisdə 132 nəfərin ölümü ilə nəticələnən 7 ardıcıl terror aktından sonra bu ölkədə 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu səbəbdən ölkədə irimiqyaslı aksiyaların keçirilməsi mümkün deyil. (Ans)