Türkiyə rusların “S-400”-nə “KORAL”la cavab verəcək

Türkiyə rusların “S-400”-nə “KORAL”la cavab verəcək
  30 Noyabr 2015    Oxunub:3493
Türkiyə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemini Suriyaya gətirməsinə sakit yanaşmayıb.
AzVision.az xəbər verir ki, Türkiyə bunun qarşılığında ASELSAN şirkətinin istehsal olan “KORAL” adlı Hava Hücumundan Müdafiə Sistemini Suriya ilə sərhədə gətirərək aktivləşdirib.

“KORAL” hava hücumundan müdafiə sisteminin əhatəsi dairəsi 100 kilometrdir. Belə ki, sistem təhdid yarada biləcək raket, qırıcı və radarların koordinatlarını və istiqamətini dəyişdirməklə yanaşı onun siqnallarını məhv etmək qabiliyyətinə malikdir. Eyni zamanda qarşı tərəfin radarlarının istiqamətini istədiyi yöndə dəyişdirə bilir.

Sistem 2015-ci ildən Türkiyə Silahlı Qüvvələrinin inventarları siyahısına daxil edilib və ilk dəfə Egey dənizindəki hava sərhədinin qorunması üçün İzmirdə quraşdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti