Baş nazirlər Twitter-də `atışdı` - Su-24 qalmaqalı

Baş nazirlər Twitter-də `atışdı` - Su-24 qalmaqalı
  30 Noyabr 2015    Oxunub:2201
Yunanıstanın baş naziri Aleksis Tsipras Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Rusiyaya məxsus “Su-24” tipli təyyarəni vurmasını şərh edib.
AzVision.az xəbər verir ki, bu barədə baş nazir öz “Twitter” səhifəsində yazıb.

“Xoşbəxtlikdən bizim pilotlar, sizinkilərin ruslara qarşı olduğu kimi əsəbi deyillər”, - deyə Tsipras qeyd edib.

Baş nazir həmçinin türk aviasiyasının Egey dənizinin yunanlara aid hissəsindəki fəaliyyətini “ağılsızlıq və mənasız” hərəkət adlandırıb: “Biz silahlanmaya milyardlar xərcləyirik – Siz sərhədi pozmağa, biz isə sizə nəzarət etməyə”.

Türkiyənin baş naziri Əhməd Davudoğlu “Twitter” vasitəsilə yunan həmkarına sərt cavab verib: “Pilotlara aid şərh günün əhval-ruhiyyəsinə uyğun deyil. Aleksis, gəlin aramızda olan pozitiv gündəliyə diqqət yetirək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti