`Biz o qədər vicdansız deyilik ki...` - Ərdoğandan Putinə

`Biz o qədər vicdansız deyilik ki...` - Ərdoğandan Putinə
  01 Dekabr 2015    Oxunub:5877
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin "İraq-Şam İslam Dövləti" terror qruplaşmasından (İŞİD) neft almasına dair məlumat öz təsdiqini tapacağı təqdirdə, istefaya getməyə hazır olduğunu bəyan edib.
AzVision.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

“Biz o qədər vicdansız deyilik ki, terrorçulardan neft alaq. Əgər bizim bunu etdiyimiz sübut olunsa, mən vəzifəmdən getməyə hazıram. Əgər kiminsə hər hansı bir sübutu varsa, göstərsin, biz də görək”, - Türkiyə lideri bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Rusiyanın tətbiq etdiyi sanksiyalara cavab vermək fikrində deyil.

“Biz Su-24 təyyarəsi vurulduqdan dərhal sonra Rusiyaya radarların məlumatını göstərdik və vəziyyəti başa saldıq. Biz Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğumuz bildirdik. Hal-hazırda Rusiya tərəfinin verdiyi bəyanatları izləyirik. Biz səbirlə hərəkət edəcəyik. Qoy onlar əllərində olan bütün daşları atsınlar. Biz isə öz qərarımızı sonra verəcəyik”.

AzVision.az




Teqlər:  





Xəbər lenti