`Ermənistana gedəcəyimə söz vermişəm` - Roma Papası
Afrika səfərindən geri qayıdan Papa təəssüratlarınıbölüşüb: “Başqa qüvvələr həmişə Afrikadan istifadə edib. Əvvəlcə qulları satdılar, sonra oranın var-dövlətini taladılar. Afrika istismarın məzlumudur. Əgər insanlar dəyişməsə, bizim acından ölən övladlarımız qalacaq”.
Papa 79 yaşında Meksikaya gedəcəyini, Mariya Qvadelupa kilsəsini ziyarət edəcəyini deyib “Bundan əlavə, ötən il mən üç patriarxa söz vermişəm ki, Ermənistana gedəcəyəm. Sözüm hələ də qüvvədədir”.
Eldar Tanrıverdiyev
AzVision.az