Prezident BƏƏ prezidentini və Dubay əmirini təbrik edib

Prezident BƏƏ prezidentini və Dubay əmirini təbrik edib
  01 Dekabr 2015    Oxunub:1616
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyanı Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

`Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm.`

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktumu da tərbik edib.

Məktubda qeyd olunur: "Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti