İstanbulda partlayış: Ölü və yaralılar var (VİDEO)

İstanbulda partlayış: Ölü və yaralılar var (VİDEO)
  02 Dekabr 2015    Oxunub:3448
Türkiyənin İstanbul şəhərində partlayış baş verib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, partlayış İstanbulun `Bayrampaşa` metrostansiyasının yerüstü piyada keçidində qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Bəzi məlumatlara görə, 6 nəfər yaralanıb. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Metronun fəaliyyəti dayandırılıb. Hazırda hadisə isə bağlı araşdırma aparılır.

Hadisənin terror aktı olduğu qeyd edilir.


AzVision.az


Teqlər:  





Xəbər lenti