`Bu, Ərdoğan hakimiyyətinin sonu olacaq` – Bəşər Əsəd

`Bu, Ərdoğan hakimiyyətinin sonu olacaq` – Bəşər Əsəd
  02 Dekabr 2015    Oxunub:3052
Rusiyaya məxsus “Su-24” tipli təyyarənin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasının səbəbi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məğlubiyyətlə barışmaq istəməsidir.
AzVision.az xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd Çexiya telekanalına müsahibəsində bildirib.

Suriya liderinin sözlərinə görə, son hadisələrlə əlaqədar Ərdoğanın əsəbləri dözməyib. Çünki, Rusiyanın müdaxiləsi burada güc balansını dəyişdi: “Ərdoğanın məğlubiyyəti, terror təşkilatlarının məğlub olması onun siyasi karyerasının sonu anlamına gələcək”.

Əsəd, həmçinin əlavə edib ki, Ərdoğan bundan sonra nə etsə də, güc balansını öz xeyrinə dəyişə bilməyəcək: “Terrorizmə qarşı müharibə davam edir. Rusiya dəstəyi daha da güclü olacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti