Ermənilər Sarkisyanın istefasını tələb edir - FOTOLAR

Ermənilər Sarkisyanın istefasını tələb edir - FOTOLAR
  03 Dekabr 2015    Oxunub:2009
“Yeni Ermənistan” hərəkatı dekabrın 2-də yenidən İrəvanın mərkəzi meydanında etiraz aksiyasına toplaşıb.
AzVision.az bu barədə AzadlıqRadiosunun erməni xidmətinə istinadən xəbər verir.

Aksiyaçılar konstitusiya düzəlişləri ilə bağlı referenduma qarşı çıxırlar.

Referendum dekabrın 6-na təyin edilib.

“İrs” partiyasının lideri Raffi Ovannisyan isə bundan əvvəl “Azadlıq” meydanında tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, hakimiyyətin təzyiqlərinə baxmayaraq etirazlar davam etdiriləcək.



Dünəndən başlayan etirazlar müxalifəti canlandırıb. Polislə toqquşmaya baxmayaraq Raffi Ovannisian hakim partiyanın baş qərargahı qarşısına gül qoymaqdan çəkinməyib: ”Bu güllər, vida gülləridir. Çünki artıq saxtalaşdırılmış referendumla özünü möhkəmləndirmək istəyən və Ermənistan Respublikasını öz partiyası ilə əvəz etmək istəyən bu partiya olmayacaq”-deyə o bildirib.



Dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək.

Söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.

Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə və ömrünü uzatmaqda ittiham edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti