Məmmədyarov həmsədrlərlə nəyi müzakirə edib?
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində MQ-nin fəaliyyət proqramı, Azərbaycan və Ermənistan Prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün MQ-nın həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.
Eldar Tanrıverdiyev
AzVision.az