`Türkiyə peşman olacaq...` – Putindən qəzəbli çıxış

`Türkiyə peşman olacaq...` – Putindən qəzəbli çıxış
  03 Dekabr 2015    Oxunub:20335
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkəsi Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) “Su-24” təyyarəsini vurmasından sonra aqressiv hərəkət etməyəcək.
AzVision.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

“Bizdən əsəbi və isterik, dünya üçün təhlükəli olacaq reaksiya gözləməsinlər. Lakin əgər kimsə düşünürsə, hərbi cinayət törədib, bizim insanları qətlə yetirib – pomidor, tikinti və ya digər sahələrdə məhdudiyyətin tətbiq olunması ilə canlarını qurtaracaqlar, tamamilə yanılırlar. Biz hələ dəfələrlə onlara nə etdiklərini xatırladacaq və onlar dəfələrlə etdiklərinə görə peşman olacaqlar”.

Qeyd edək ki, noyabrın 25-i Rusiya prezidenti Vladimir Putin Suriyada həlak olan “Su-24” təyyarəsinin komandirinə ölümündən sonra “Rusiya qəhrəmanı” ulduzunun verilməsi haqqında qərar qəbul edib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti