Kerri və Lavrov Qarabağ haqda nə danışdı?

Kerri və Lavrov Qarabağ haqda nə danışdı?
  03 Dekabr 2015    Oxunub:3185
ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qətiyyətli mövqe sərgiləməlidir.

AzVision.az xəbər verir ki, bu barədə Serbiya paytaxtı Belqradda ATƏT Nazirlər Şurasının iclası zamanı ABŞ Dövlət Katibi Con Kerri bildirib.

“Moldova, Gürcüstanda dondurulmuş münaqişələr, Ermənistan-Azərbaycan münaqişəsi hələ də həll olunmayıb”, - deyə Kerri bildirib.

İclasda Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

`Rusiya münaqişələrin birgə fəaliyyət, vasitəçilik və hərtərəfli həllin tapılması prinsipləri əsasında həllini rəhbər tutur` - deyə Rusiya XİN rəhbəri bildirib.

Lavrov Rusiyanın Dağlıq Qarabağ, Dnestryanı və Ukrayna münaqişəsində bu prinsipləri dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, 3-4 dekabr tarixində Belqradda ATƏT Nazirlər Şurasının 22-ci iclası keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti