Azərbaycan Qırğızıstana yardım göndərir

Azərbaycan Qırğızıstana yardım göndərir
  03 Dekabr 2015    Oxunub:2638
Azərbaycan Prezidentinin tapşırığı ilə Qırğız Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndəriləcək.

Cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.

Baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğız Respublikasının Hökuməti Azərbaycan Respublikasının Hökumətinə müraciət edib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.


Teqlər:  





Xəbər lenti