İrəvanda etirazlar davam edir - FOTOLAR

İrəvanda etirazlar davam edir - FOTOLAR
  04 Dekabr 2015    Oxunub:1630
İrəvanın mərkəzində, Azadlıq meydanında konstitusiya reformalarına qarşı etiraz aksiyaları davam edir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə mitinqə Ermənistan milli konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan qatılmayıb.

Etirazçılar prezident Serj Sarkisyanın istefasını tələb edərək şüarlar səsləndirirlər.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək. Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə və ömrünü uzatmaqda ittiham edir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti