Türkiyənin İŞİD-lə neft biznesi var – Sabiq türk səfir
“Bu dövlət siyasəti deyil. Müxtəlif qüvvələr qaçaqmalçılıqda iştirak edə bilərlər ki, bu fakt həmişə olub”, - deyə Çevikoz bildirib. O, həmçinin qanunsuz neft satışının İŞİD-dən əvvəl də olduğunu vurğulayıb.
Sabiq səfir, həmçinin Türkiyənin bu prosesin qarşısını almaqda gücsüz olduğunu etiraf edib: “Rusiyaya məxsus Su-24 tipli qırıcının vurulmasından sonra qaçaqmalçılıq halları azalacaq. Böyük ehtimalla Rusiya təyyarələri Suriya-Türkiyə sərhədində olanları diqqətlə izləyir, ona görə də bundan sonra neft tədarükünü həyata keçirmək çətin olacaq”.
Eldar Tanrıverdiyev
AzVision.az