`İslamda dini bayraq anlayışı yoxdur` - Komitə sədri

`İslamda dini bayraq anlayışı yoxdur` - Komitə sədri
  04 Dekabr 2015    Oxunub:2667
“İslamda dini bayraq anlayışı yoxdur. Sadəcə döyüş zamanı yaşıl bayraqdan istifadə olunub”.
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini etiqad azadlığı haqqında” qanun layihəsinə edilən dəyişikliklərin müzakirəsi zamanı çıxışında deyib.

“17-18 yaşındakı gənc xaricdə təhsil almaq üçün gedəndə təbii ki, həmin ölkənin dini dəyərlərini qavrayır və geri dönərkən öyrəndiklərini burada tədbiq etməyə maraqlı olur. Ona görə də gələcəkdə təhsil almaq istəyənlərə məsləhət görərdim ki, Azərbaycanda təhsillərini davam etdirsinlər. Bundan sonra dinlə bağlı təhsil alan gənclərin sadəcə xarici dini mərkəzlərdə təhsillərini davam etdirməyə göndərə bilərik. Təbii ki, bu da gələcək üçün atılan addım ola bilər. Yəni hazırda bu məsələdən söhbət gedə bilməz”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti