Lavrov nazirlərin qarşısında mahnı oxudu

Lavrov nazirlərin qarşısında mahnı oxudu
  04 Dekabr 2015    Oxunub:2948
Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İciça Daçiç Belqradda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının ilk iclasının yekunlarına dair təşkil olunan rəsmi ziyafət zamanı “Podmoskovnie veçera” (Moskvaətrafı axşamlar) mahnısını ifa ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Serbiyanın “Telegaf” qəzeti xəbər yayaraq bu ifanı “Belqrad sammitinin hiti adlandırıb.

Ziyafətdə 40-da çox ölkənin xarici işlər naziri və nümayəndə heyətlərinin üzvləri iştirak edib.

“Daçiç və Lavrov serblərin çox bəyəndiyi rus mahnısını ifa ediblər. ATƏT-in ziyafətinin qeyri-rəsmi hissəsinin Serbiya xarici işlər naziri İviça Daçiç açıb. Daha sonra o, rusiyalı həmkarı ilə “Podmoskovnie veçera” mahnısını ifa edib”, - deyə “Telegraf” yazıb.

Qəzet yazır ki, ifa Daçiçin təşəbbüsü ilə baş tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti