Mərkəzi Bank Ərdoğanı “qara siyahı”ya saldı

Mərkəzi Bank Ərdoğanı “qara siyahı”ya saldı
  04 Dekabr 2015    Oxunub:3366
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “əl-Qaidə” Sanksiya Komitəsinin noyabrın 30-da qəbul edilmiş qərarlarına uyğun olaraq dekabrın 3-də ümumi siyahını yeniləyib.
Xidmətdən APA-ya verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, bir nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxs kürd əsilli Almaniya vətəndaşı Emrah Ərdoğandır.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (https://azvision.az/redirect.php?url=http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.


Teqlər:  





Xəbər lenti