Prezidentlər bu ay görüşəcəklər – Nalbandyan

Prezidentlər bu ay görüşəcəklər – Nalbandyan
  04 Dekabr 2015    Oxunub:2347
Ermənistan və Azərbaycan prezidentləri dekabr ayının ortalarında görüşəcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

Erməni nazirin sözlərinə görə, bu məsələ dekabrın 3-ü ATƏT-in Minsk qrupu həmsədrləri Belqradda müzakirə edilib və görüşün keçirilməsinə dair razılıq əldə olunub.

Nalbandyan qeyd edib ki, görüşün konkret tarixi və yeri rəsmi olaraq elan ediləcək: “Tərəflərin əldə etdiyi razılığa əsasən bununla bağlı məlumat müvafiq formada ictimaiyyət çatdırılacaq”.

Qeyd edək ki, daha əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində Azərbaycan və Ermənistan prezidentləri arasında görüş bu ayın sonu keçirilə biləcəyini yazmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti