Ruslar Türkiyə bayrağını təhqir etdilər - VİDEO

Ruslar Türkiyə bayrağını təhqir etdilər - VİDEO
  05 Dekabr 2015    Oxunub:3429
Rusiyanın paytaxtı Moskvada Türkiyənin dövlət bayrağı təhqir edilib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün Rusiyanın “Spartak Moskva” və “Krylya Sovetov” futbol klubları üz-üzə gəliblər. Hadisə də məhz həmin qarşılaşmada qeydə alınıb. Belə ki, rusiyalı tərəfdarlar stadionda Türkiyə bayrağına od vurublar.

Bu barədə “Ultra Sever” adlı fan-klub özünün Twitter səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, rusiyalı fanatlar türk bayraqlarını oyunun 60-cı dəqiqəsində - “Spartak”ın və Ermənistan yığmasının erməni hücumçusu Yuri Movsisyan meydana çıxanda yandırmağa başlayıblar.

Qeyd edək ki, bir müddət öncə Rusiya klubları Türkiyədə keçirilməli olan futbol yarışlarında iştirak etməkdən imtina ediblər.



AzVision.az


Teqlər:  





Xəbər lenti