Rusiyada deputatı qətlə yetirdilər - VİDEO

Rusiyada deputatı qətlə yetirdilər - VİDEO
  05 Dekabr 2015    Oxunub:3521
Kabardino-Balkariya parlamentinin deputatı və respublika Kliniki xəstəxanasının baş həkimi olan Xadis Bottarev qətlə yetirilib.
“Kabardino-Balkariya respublikasının parlamentinin deputatı, respublika kliniki xəstəxanasının baş həkimi cərrah Bottarevi öz evində güllələyərək qətlə yetiriblər”-deyə “İnterfaks”a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Qətl şənbə günü saat 8.45-də Nalçik şəhərində Xasanya kəndinin Çeqemski küçəsində yerləşən evdə baş verib.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Xatırladaq ki, deputat Respublika klinik xəstəxanasının baş həkimidir.



AzVision.az


Teqlər:  





Xəbər lenti