Şokoladdan Putin düzəltdilər - VİDEO
77 kq ağırlığı olan heykəl bu gün Sankt-Peterburqda başlayan “Şokolad Festivalı”nda nümayiş etdiriləcək.
Heykəltaraş Nikita Qusev bildirib ki, heykəldə Putinin özəl xüsusiyyətləri əks olunub.
“Heykəlin bir əli yumuşaq, digəri isə bərk şokoladdan hazırlanıb. Hesab edirəm ki, bu hal Putinin xarakterinə tam uyğundur. Çünki, o bəzən yumşaq, bəzən isə çox sərt olur”.
Qeyd edək ki, heykəltaraşlar Putinin iti “Connie”nin şokoladdan heykəlini də hazırlayıblar.