Con Lennonun gitarası 910 min dollara satıldı

Con Lennonun gitarası 910 min dollara satıldı
  05 Dekabr 2015    Oxunub:1373
“The Beatles” qrupunun qurucularından biri olan Con Lennonun “Rickenbacker” gitarası ABŞ-da keçirilən hərracda 910 min dollara satılıb. Bu barədə “Juliens Auctions” satış evinin Kaliforniya ştatının Beverly Hills şəhərində yerləşən mənzil qərargahindan bildirilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Con Lennon həmin gitaranı sonradan Rinqo Starra hədiyyə edib. Rinqo Starra məxsus “Ludwig Oyster” zərb aləti isə bu gün hərracda 2,2 milyon dollara satılıb. Onu Amerikanın “Indianapolis Colts” futbol klubunun sahibi Cim İrseyın aldığı bildirilir.

Əfsanəvi qrupun keçmiş barabançısı Rinqo Starr satışa 800-dən çox çalğı aləti çıxarıb. Hərracın təşkilatçıları hesab edirlər ki, lotların ümumi dəyəri 10 milyon dollar olacaq.

Yetmiş beş yaşlı Starr mətbuata müsahibəsində hərrac ideyasının ABŞ-da ən nüfuzlu musiqi mükafatı – “Grammy” muzeyinin əməkdaşlarına aid olduğunu deyib.


Teqlər:





Xəbər lenti