`Heç kim məni sevgimdən çəkindirə bilməz` - Saakaşvili
"Əvvəlcə məni həbs edəcəklərini dedilər. Ölkəmi tərk etməyə məcbur oldum. Ukrayanaya gəldim. Gürcüstanda olduğu kimi burada da mübarizə gedir. Onlar (Gürcüstan hakimiyyətinin nəzərdə tutur - "Report") məni pasportdan məhrum edə bilərlər, ancaq heç kim mənim milli mənsubiyyətimi əlimdən ala, məni Gürcüstana olan sevgimdən çəkindirə bilməz. Biz mütləq qayıdacağıq və birlikdə qələbə qazanacağıq", - o, vurğulayıb.
Onun müraciəti Gürcüstan telekanallarında yayımlanıb.
Qeyd edək ki, ötən gün Gürcüstan prezidenti Georgi Marqvelaşvili dövlətin keçmiş başçısı Mixail Saakaşvilininin ölkənin vətəndaşlığından məhrum edilməsi ilə bağlı sərəncam imzalayıb.
AzVision.az
Teqlər: