Ermənistanda referendum keçirilir

Ermənistanda referendum keçirilir
  06 Dekabr 2015    Oxunub:1456
Bu gün Ermənistanda konstitusiyaya dəyişikliklər edilməsi üçün referendum keçirilir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla 08.00-da başlayıb, 20.00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyası ölkədəki seçici sayısını 2 milyon 550 min 323 olaraq açıqlayıb. Nəticələr bir həftə ərzində, yəni dekabrın 13-dən gec olmayaraq məlum olacaq.

Dəyişikliklər paketinin qəbul olunması üçün seçicilərin 50 faizindən çoxu sənədi dəstəkləməlidir. Səsvermənin baş tutması üçün seçicilərin azı 25 faizi səs verməlidir.

Ermənistanda müxalifəti referendumu boykot edib. Buna etiraz olaraq İrəvanda silsilə mitinqlər keçirilib.

Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti