Ermənistanda seçki saxtakarlığı - Sarkisyan suallardan qaçdı

Ermənistanda seçki saxtakarlığı - Sarkisyan suallardan qaçdı
  07 Dekabr 2015    Oxunub:2622
Ermənistan prezidenti Serj Sarkisyan ölkəsində keçirilən referendumda səs verib.
Səsvermədən sonra jurnalistlər ona baş nazir olub-olmayacağını soruşublar.

Sarkisyan jurnalistlərin sualından qaçaraq hər şeyə referendumdan sonra cavab verəcəyini deyib və dərhal məntəqəni tərk edib.

Keçmiş prezident Levon Ter Petrosyan da səsvermədə iştirak edib.

O hamını referendumda iştiraka çağırıb və bildirib ki, nə qədər çox adam iştirak eləsə, bir o qədər yaxşıdır.

Ermənistanın müxalif "İrs" partiyasının lideri Raffi Ovannisyan Konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendumda səsvermə zamanı bülleteni cırıb və zibil qutusuna atıb.

Bu, dövlətin hakim partiyası - Respublika Partiyasına qarşı mənim vətəndaş etirazımdır. Bu saxta referendum vasitəsilə möhkəmlənməsi nəzərdə tutlan, bir nəfərin, partiyanın üzərində qurulan sistem mənim üçün qəbuledilməzdir", - deyə Ovannisyan bildirib.

O, həmçinin bildirib ki, referendumun başa çatmasından dərhal sonra mitinq baş tutacaq. Məhz bu mitinq ölkədə dəyişikliklərə start verəcək. Partiya lideri bu prosesdə iştirak etmək istəyənləri Azadlıq meydanına dəvət edib.

AzadlıqRadiosunun erməni xidməti səsvermə zamanı topa bülletenlər atılması və başqasının yerinə səs vermə cəhdi kimi hallar aşkar edildiyini xəbər verir.

Qeyd edək ki, dəyişiklikləri Serj Sarkisyan təklif edib.

Düzəlişlərdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə ittiham edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti